Xəbər lenti

İran və Rusiya prezidentləri görüşdü

Tehranda Rusiya və İran prezidentləri - Vladimir Putin və Həsən Ruhani arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

Həsən Ruhani təkbətək görüşdən əvvəl qeyd edib ki, Rusiya və İran regionda sülh və sabitliyin təminatında mühüm rol oynayır.

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 1-11-2017, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma