Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 7-də Naxçıvan şəhərində “Sahil Parkı”nın yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir: 

"Naxçıvan Muxtar Respublikasında həyata keçirilən yenidənqurma və abadlıq tədbirləri Naxçıvan şəhərinin simasını dəyişmiş, şəhərsalma mədəniyyəti tarixilik və müasirlik ənənələri əsasında inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. İstirahət və xidmət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması əhalinin asudə vaxtının səmərəli təşkilinə şərait yaratmışdır.

Naxçıvan şəhərində ətraf mühitin mühafizəsi və əhalinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan şəhərinin Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən “Sahil Parkı” yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 7-10-2019, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma