Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinə direktor təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 fevral tarixli  fərmana əsasən Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkətinin  əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 626          Tarix: 23-02-2018, 18:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma