Dünya bazarında neftin qiymətləri ucuzlaşması davam edir.
Ovqat.com xəbər verir ki, Brent markalı neft 4%-dən artıq ucuzlaşaraq 54.26 dollara qədər enib.
WTI markalı neft isə 50 dollardan da aşağı düşüb. Hazırda onun bir bareli 49.95 dollara satılır.
Qeyd edək ki, 2020-ci il büdcəsində neftin ortalama qiyməti 55%-dan götürülmüşdü. Bunu Azərbaycan kritik hədd saysaq, neft o həddən aşağı düşüb.
Azərbaycan Mərkəzi Bankının sədri Elmar Rüstəmov neftin qiyməti nə qədər ucuzlaşır ucuzlaşsın, önəmli deyil, necə olsa 53 milyard dollarlıq valyuta ehtiyatımız var, demişdi. Belə görünür ki, Azərbaycan hakimiyyəti manatın məzənnəsini sabit saxlamaq üçün valyuta bazarına ehtiyat fondumuzdan maya buraxmalı olacaq. Nəticədə ölkə iqtisadiyyatına yatırmaqdan çəkindiyimiz varidatımız məzənnəni sabit saxlamaq kimi mənasız yerlərə xərclənəcək.
Paylaş: