Dünya bazarında neftin qiyməti yenidən böyük sürətli eniş mərhələsinə qədəm qoyub.
Ovqat.com xəbər verir ki, bu gün Brent markalı neftin qiyməti 6%-ə qədər enib.
Məlumata görə, Brent markalı neftin bir barreli 63.12 $-a düşüb. Günün ikinci yarısında qismən toparlanan qiymətlər hazırda 63. 40-63.50 $ arasında var-gəl edir. Qeyd edək ki, London neft birjasında neftin qiyməti bu gün 66.94 $-la açılış etmişdir. Bu isə o deməkdir ki, gün ərzində Brent markalı neft 4 $-la qədər ucuzlaşıb. Hazırda qiymət trendi aşağıya doğru hərəkət edir.
Amerika neft bazarında da vəziyyət ürək açan deyil. WTI markalı neftin bir barreli bu gün 53.66 $-a qədər enib. WTI markalı neftin bu qədər ucuzlaşması digər neft bazarlarına da təsirsiz ötüşməyəcək.
Xatırladaq ki, Azərbaycan hökuməti 2019-cu ilin büdcə layihəsində neftin baza qiymətini 60 $-dan götürmüşdü. Neft isə indidən kritik hədd sayılan bu rəqəmə yaxınlaşıb.
Paylaş: