Xəbər lenti

 

Bir neçə ildir ki, xaricdə yaradılan, oradan idarə olunan və bütün fəaliyyəti Azərbaycan dövlətinə qarşı yönələn youtube kanalları, facebook səhifələri parlament seçkiləri ərəfəsində daha da aktivləşiblər.

Həmin kanalların, səhifələrin bəzi Azərbaycan vətəndaşları tərəfindən maliyyələşdirildiyi və idarə olunduğuna dair iddialar, faktlar var. Bu sosial şəbəkə kanal və səhifələrinin məqsədi Azərbaycanda təxribatlar törətməkdən ibarətdir.

Seçki prosesində sözügedən səhifələri dövlətimizə qarşı çalışdıran, maliyyələşdirən şəxslərdən biri məlum olub.

Bu, “Yaban PUB”un sahibi, iş adamı eyni zamanda dünyaca məhşur olan bir çox pivə markalarının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəşid Hüseynovdur.

Rəşid Hüseynov hazırda xaricdədir və özünün facebook səhifəsində də Azərbaycana qarşı təxribatlar törədən, dövlətimizə qarşı olan kanalların, səhifələrin yaydığı materialları paylaşmaqla məşğuldur.

O, özünün missiyasına uyğun olaraq, 35 saylı Xətai üçüncü Seçki Dairəsinin timsalında da təxribatlarını həyata keçirir.

Belə ki, onun bu dairədə seçkiləri pozmağa çalışan deputatlığa namizəd, yaxın qohumu İqbal Ağazadəyə də maddi və insani dəstək verdiyi haqda informasiyalar var.

R.Hüseynov İqbal Ağazadənin radikal xarici saytlarda yayımlanan açıqlamalarını paylaşmaqla, bir daha öz missiyasını ortaya qoymuş olub. Hesab edirik ki, bu faktlar müvafiq hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq.

Dialoq.info

 




Ana səhifəyə qayıt        Baxış: 583          Tarix: 5-02-2020, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma