Xəbər lenti

[quote][/quote] 

Şəhid anasına məktub
Bugün şəhid oğlunun xəbəri ilə oyandı ana.Mərmi vətən keşiyində duran
oğlunu şəhid etməyənə qədər bilmirdik kimdir bu oğul?Oğul deməyimin səbəbi var.Bəlkədə bu oğul hansısa ailənin son övladı idi. Boya başa çatdırana kimi hansı zülümləri çəkmişdin?Narahat olma anam oğlun çox şərəfli bir amal uğrunda şəhid oldu.
Bəlkə də bu oğul arxasında bir övlad,gözü yaşlı gəlin qoymuşdu nə bilmək olar axı?Sabah oğulu,qızı şəhid övladı adlandırılacaqdı.Bu uşaqların atasızlığını vətənə bağışla anam.Mənasız media xəbərlərinə dəyər verən saytlar sabah sənin oğlun üçün bir köşə ayıracaqmı görəsən?Ayırmasa bağışla anam.Yaxşı qalmaqallı xəbər olan kimi hər yerdən peyda olan jurnalistlər sabah sənin övladının dəfnində iştirak edib mediayaya əsl kişilik göstərəcəkmi?Bilmirəm anam.Amma sən yenə də bağışla anam. Sənin oğlunun öz canından əziz tutduğu vətənə bağışla.Bütün günü mənasız verilişlər ilə millətin intellektini alçaldan bəzi televiziyalar sənin oğlunu göstərəcəkmi?Inanmıram anam.Anam təkcə sənin oğlun deyil.O bütün Azərbaycanın oğuludur.Axı sənin üçün can verməyib o Azərbaycan üçün can verib.Biz dərk etmirik.Narahat olma çox-çox uzaqlarda analar gecələr qorxan uşaqlarına sənin oğlundan danışacaq.Deyəcək səngərdə qar qış demədən sərhəddə dayanan,şəhadət şərbətini içməyə hazır olan igidlər var.Narahat olma sənin oğlun uşaqların nəfəsində,anaların duasında yaşayacaq.Bayaqdan saydıqlarım sənin oğlunu yazmasa da olar onlar heç bu şərəfə layiq də deyillər.Bu qələmə aldığım yazıda yaşayacaq sənin oğlun-Azərbaycanın oğlu.Sən taqətdən düşmə,ürəyinə dərd eləmə.Yaşa ki səninlə birgə igidinin xatirəsi də yaşasın.
Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda mübarizə aparan qazilərə,şəhidlərə və onların ailələrinə həsr olunur.

Müəllif:Məhəmmədəli Abaszadə




Ana səhifəyə qayıt        Baxış: 15 317          Tarix: 20-03-2020, 06:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma