Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bolqarıstanın “Xəzər Dənizi, Qafqaz və Qara dəniz” (CCBS) portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Türk Şurası və Qoşulmama Hərəkatı sammitləri: bunların Azərbaycanın xarici siyasəti üçün əhəmiyyəti” adlı məqaləsi yayımlanıb.
Ovqat.com xəbər verir kİ, ekspert Azərbaycanın Türk Şurası və Qoşulmama Hərəkatına sədrliyinin dünya üçün kritik əhəmiyyət daşıyan bir dövrə təsadüf etdiyini qeyd edir. O bildirir ki, mövcud şərtlər Azərbaycanın hər iki təşkilat daxilində məsuliyyətini və ondan gözləntiləri daha da artırıb. Azərbaycan Prezidenti tərəfindən hər iki təşkilatın sammitlərinin keçirilməsi təşəbbüsü bu konteksdə mühüm əhəmiyyət kəsb edib və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib.
Müəllif ilk növbədə Türk Şurasının aprelin 10-da keçirilmiş virtual sammiti haqqında yazaraq, burda bütün üzv dövlətlərin rəhbərlərindən başqa Macarıstan və Türkmənistanın dövlət başçılarının və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun iştirakının təşəbbüsə olan marağın göstəricisi kimi dəyərləndirib. Görüşdən sonra iştirakçı dövlətlərin səhiyyə, nəqliyyat və iqtisadiyyat nazirlərinin virtual görüşünün keçirilməsi sammitin praktik nəticəsi kimi təqdim edilib.
Məqalədə eyni zamanda Azərbaycanın sədrlik etdiyi digər təşkilat-Qoşulmama Hərəkatı çərçivəsində də oxşar təşəbbüslə çıxış etməsi və 40 dövlət nümayəndəsinin iştirakı ilə mayın 4-də virtual sammitin keçirilməsi haqqında qeydlər təqdim edilir. Bu tədbir təşkilatın fəaliyyətində tarixi bir hadisə kimi qiymətləndirilir. V.Hüseynov millətçilik və proteksionist siyasi ideologiyaların gücləndiyi hazırki şərtlərdə çoxtərəfli beynəlxalq siyasətin və qlobal həmrəyliyin təşviqi istiqamətində sammitin böyük önəm daşıdığını xüsusilə vurğulayır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar