Xəbər lenti
DİA.AZ: – Son günlər yeni məmurların da özlərini “köhnə qaydada” hiss etdirmələri artıq adət halını alıb. Yəni burada məsələ, yenilərin harınlaşmasından gedir. Halbuki köhnə hakimiyyət eşalonu məhz bu kimi neqativlər səbəbindən yola salındı. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, məmurlar xalqın xidmətçiləridir. Amma görünəni odur ki, bəziləri özlərinə xalqı xidmətçi kimi gördüyündən hətta yeniləşən siyasətin tələbləri də onlar üçün önəm kəsb etmir. DİA.AZ-a belələrindən biri barədə informasiya göndərilib. Həmin materialı olduğu kimi təqdim edirik.

“Fəda Abbasov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyir. O, Kənd Təsərrüfatı Nazirliyində hər kəsi qorxu içində saxlamaq məqsədi ilə hamıya “nazirin yaxın qohmuyam” dəyərək “Qəmlo” ləqəbi ilə özünü tanıtmış və bu hərəkətləri ilə nazirlikdə fironluq etməkdə davam edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri, cənab İnam Kərimov “ASAN” Xidmətin rəhbəri işlədiyi dövrdə Fəda Abbasov da həmin Xidmətin Səyyar şöbəsində işləyirdi və həmin zamanlar da özünü nazirin yaxın qohumu kimi təqdim edərək rayonlara ezam olunurdu, onunla birlikdə ezam olunan işçiləri hədələyərək, onlardan ezamiyyət pulundan rüşvət tələb edir və ya yeyib-içmək almağa məcbur edirdi”- deyən mənbə dia.az-a bildirib ki, Fəda Abbasov hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində və Naziriliyin tabeliyində olan qurumlarda işləyən işçiləri hədələyərək onlardan rüşvət tələb edir, rüşvət verənlərə toxunmur, verməyənləri isə müxtəlif yollarla şantaj edərək işdən uzaqlaşdırır və başqa şəxslərdən rüşvət almaqla işdən çıxartdıqları şəxslərin yerinə işə düzəltdirir:

“Beləliklə, Fəda Abbasov qanunsuz yollarla əldə etdiyi pul vəsaitlərinin hesabına Bakı şəhəri Sabunçu rayonunun ərazisində yerləşən yeni tikili binaların birindən təmirli mənzil almış, habelə regionlardakı DAİM-lərin rəhbərlərini məcbur edərək, gəlir əldə etmək məqsədi ilə onların vasitəsi ilə xeyli ölçülərdə torpaq sahələri əkdirir, eyni zamanda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
İnam Kərimovun MADAR İŞÇİSİ: Fəda Abbasov...
Bundan əlavə Kənd Təsərrüfatı Nazirliyində fəaliyyət göstərən şöbələrin müdir müavinlərindən heç birinin xidməti avtomobili olmadığı halda, Fəda Abbasov özünü “nazirin qohumu” adlandırmaqla və ya hansısa başqa fırıldaqlarından istifadə etməklə, şəxsi istifadəsi üçün “Xəzər” markalı avtomobili xidməti avtomobil kimi əldə etməyə nail olmuşdur. Halbuki, o, həmin avtomobildən şəxsi mənafeyi üçün istifadə edir.

Onu da qeyd edim ki, Fəda Abbasov istifadəsində olan “Xəzər” markalı xidməti avtomobillə bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, hətta polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirmədiyini görə həmin avtomobil DYP-nin müvəqqəti dayanacağına aparılaraq orada saxlanılmışdır. Həmin vaxt Fəda Abbasov Kənd Təsərrüfatı Nazirliyində işləyən müəyyən şəxslərə zəng edərək, hansısa yolla avtomobilin çıxarılmasına nail olmuşdur. F.Abbasovun bu özbaşınalıqlarından və həmin hadisədən Nazirliyin Daxili nəzarət şöbəsinin müdiri işləyən Fuad Mayılovun da məlumatı olmuşdur.
İnam Kərimovun MADAR İŞÇİSİ: Fəda Abbasov...
İman Kərimovun isə F.Abbasovun bu qanunsuz hərəkətlərindən məlumatı yoxdur, ona heç bir məlumat vermədən belə özbaşınalıqları gizlədirlər. F.Abbasov da bu vəziyyətdən istifadə etməkdə davam edir. Onun bu hərəkətləri isə Nazirlik daxilində, işçilər arasında haqlı narazılıqlara səbəb olur.
Bundan başqa F.Abbasov ondan yuxarı orqanlara şikayət edənləri qorxudur, olunan şikayətlər isə Daxili nəzarət şöbəsi tərəfindən gizlədilir və yaxud özləri istədikləri kimi həll olunur. Bu barədə faktlar növbəti saylarda açıqlanacaqdır”.

Daha sonra dia.az-a göndərilən məlumatda deyilir: “Daxili nəzarət şöbəsinin müdiri Fuad Mayılov da Fəda Abbasovu “nazirin qohumu” kimi qəbul edərək, onu müdafiə edir, onun belə qanunsuz hərəkətlərini ört-basdır edərək rəhbərliyə məlumat verməkdən boyun qaçırır.
axili nəzarət şöbəsinin müdiri Fuad Mayılova gəldikdə qeyd etmək lazımdır ki, o, hansısa yollarla yaxınlarının əksəriyyətini rəhbərlik etdiyi şöbəyə və ya Nazirliyin qurumlarında olan nəzarət şöbələrinə işə düzəltməklə məşğuldur. Belə ki, özünün və arvadının tələbə yoldaşlarını, qohumlarını, tanışlarını, hətta Xırdalan şəhərində yaşayan qonşusunu belə (dövlət qulluğu statusu olmadığı halda) müqavilə əsasında Daxili nəzarət şöbəsinə işə düzəltmişdir. F.Mayılovun belə marağının nədən ibarət olması isə heç kimə məlum deyil. Daxili nəzarət şöbəsində işləyən, onun üçün kənar şəxs sayılan işçiləri isə bezdirərək, onları başqa şöbələrə keçmələrinə vadar edir. Misal üçün həmin şöbədə işləyən Fəxrəddin adlı qocaman bir işçini iki ildir ki boğaza yığaraq başqa şöbəyə keçməsini tələb edir. Nəhayət həmin şəxs məcbur olub bu məsələ ilə bağlı özünün və ailə üzvlərinin adından 2019-cu ildə Prezident Administrasiyasına şikayət ərizələri ünvanlamışdır.

Daxili nəzarət şöbəsinin müdiri Fuad Mayılov və onun müavini Fəda Abbasov aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını surətləndirmək üçün tədbirlər görmək əvəzinə, nədənsə özlərinin gəlirlərinin artırılması, şəxsi mənafeyinin təmin edilməsi və qohum əqrabalarının işlə təmin edilməsi ilə məşğuldurlar.

Bu faktlar barədə təcili olaraq cənab Nazir İnam Kərimova məlumat vermək lazımdır. Bu hallar ciddi şəkildə araşdırılmalı, həmin şəxslər tutduqları vəzfədən uzaqlaşdırılmalı, onalrın barəsində tezliklə ciddi tədbirlər görülməli və qanunsuz əməllərinə görə cəzalandırılmalıdırlar”.
Davamı növbəti məqaləmizdə dərc olunacaqdr. Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…



Ana səhifəyə qayıt        Baxış: 3 184          Tarix: 12-08-2020, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma