Xəbər lenti

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Hakan Fidan arasında telefon danışığı olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

"Söhbət zamanı Suriyada vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib", - məlumatda bildirilir.

XİN başçıları siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün "xarici oyunçuların" səylərini birləşdirməyinin vacibliyini vurğulayıblar.

Bundan əlavə, Lavrov Bolu vilayətində xizək kurortunda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi hadisə ilə bağlı türkiyəli həmkarına başsağlığı verib.




Ana səhifəyə qayıt        Baxış: 3 099          Tarix: Dünən, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma