“Dünən Cerablusdan əl-Baba qədər 3 min DEAŞ-lını (İŞİD-çi-red.) məhv etmişdik. Sabah, lazım gələrsə, 3 min terrorçu daha məhv edə bilərik”.
Ovqat.com xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti R. T. Ətdoğan bu gün Əlazığda keçirilən AKP-nin rayon konfransında söyləyib.
Türklərin öz tarixindən dərs almağı bilən millət olduğunu qeyd edən Ərdoğan Şimali Suriyada yaşananlara da mövqe bildirib. O, “Fərat qalxanı əməliyyatında Türkiyənin terror dəhlizini “bıcaqla kəsən kimi kəsdiyini”, İdlib əməliyyatı ilə bu dəhlizin qərb qanadını çökdürdüyünü vurğulayaraq, deyib: “Afrində terrorçular təslim olmasa, oranı başlarına yıxacağıq. Münbicdə bizə verilən sözlər yerinə yetirilməsə, öz göbəyimizi özümüz kəsəcəyik. Tək bir terrorçu qalmayıncaya qədər mübarizəmizi davam etdirəcəyik. Bir həftəyə qalmaz, nə edəcəyimizi görəcəklər”.
O, ABŞ-ın Suriyadakı kürd separatçılarına silah yardımı verdiyini də sərt tənqid edib:
“Suriyadakı terror təşkilatına ABŞ-ın göndərdiyi silah 4 min 900 ədəddir. Bunları biz bilirik. Belə müttəfiqlik olmaz. 2 min təyyarə dolusu silah da müxtəlif hava limanlarına endirilərək, təşkilata təslim edilib. Verdikləri silahların bir qismi qara bazarda satılmağa başlanıb. Bir qismi isə bizə qarşı istifadə edilir”.
Ərdoğan ABŞ-ın bu hərəkətini “ilan yuvasına girmək kimi” qiymərləndirib və Türkiyənin artıq öz başının çarəsinə baxacağını vurğulayıb.
Paylaş: