“Fırat kalkanı” (“Fərat qalxanı”) hərəkatı çərçivəsində aralarında rəhbər şəxslər olmaqla terrorçu İŞİD qruplaşmasının 3 mindən artıq silahlısı zərərsizləşdirilib.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da İndoneziya Prezidenti Joko Vidodo ilə görüşdən sonra terrorçuluğa qarşı mübarizədən danışarkən bildirib.
“Terrorçular arasında ayrı-seçkilik etmədən bölgəmizdə terroru məhv etmək istəyirik. Bu istiqamətdə çoxtərəfli mübarizə aparırıq. Bu günə qədər aralarında cənubi asiyalıların da olduğu 5 min nəfər deportasiya etmişik. 53 min nəfərin ölkəmizə girişinə qadağa qoymuşuq. Yüz min suriyalı qardaşımızın öz evlərinə dönməsinə yardım etdik. Bundan sonra da yabançı terrorçulara qarşı mübarizəmizi israrla davam etdirəcəyik”, - o vurğulayıb.
Paylaş: