Xəbər lenti

 

"Bütün vətəndaşlarımın bu həqiqəti görmələrini istəyirəm; ya mövcud olacağıq, ya öləcəyik. Ya bu oyunu pozacağıq, ya da bir əsr daha ayağımızda zəncirələrlə yaşayacağıq".

Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün Əskişəhirdə keçirdiyi mitinqdə belə deyib.

Onun sözlərinə görə, Türkiyə istər daxildə, istərsə də sərhədləri xaricində tarixinin ən gərgin mübarizələrindən birini aparır:

 “FETÖ, DEAŞ, PKK, YPG kimi terror təşkilatlarına qarşı apardığımız mübarizə təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də həyati əhəmiyyət daşıyır. Ölkəmizin gələcəyini əsir almağa yönəlik çirkli planları ortadan qaldırmaqdan başqa şansımız yoxdur",- deyən Ərdoğan çıxışında yenə Osmanlı silləsindən bəhs edib. Bundan əvvəl o, ABŞ-ı nəzərdə tutaraq, “yəqin, Osmanlı silləsi yeməyiblər” deyirdisə, bu dəfə Türkiyəyə hücum edənlərin bu “ziyafətə” qonaq olacağını bildirib:

 "Türkiyə Respublikasının Prezidenti kimi deyirəm ki, bizə hücum edənlərə qarşı, qüsura baxmayın, biz Osmanlı silləsi vuracağıq".




Ana səhifəyə qayıt        Baxış: 1 052          Tarix: 17-02-2018, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma