Xəbər lenti

 

“Suriyadakı DEAŞ (İŞİD-red.) teatrının sonuna gəldik. Xüsusilə “bizi vursalar sərt cavab veririk” deyənlərin ömürlərində heç Osmanlı silləsi yemədikləri aydın olur. Biz, əlbəttə, qəsdən onları hədəf almayacağıq. Amma yanlarında gördüyümüz hər bir terrorçu da məhv edəcəyik. Məhz o zaman terrorçuların yanlarında bulunmasaydılar, daha yaxşı olduğunu başa düşəcəklər”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın kürd terrorçularını dəstəkləməsini şərh edərkən bildirib.

Ərdoğan çıxışında Tramp hakimiyyətinin terrorçulara külli miqdarda pul ayırmasına da toxunub və ABŞ xalqına öz hakimiyyətlərindən bunun hesabını sormalarını məsləhət görüb:

“Amerika xalqına müraciət edirəm. Amerika büdcəsindən ayrılan bu vəsaitlər xalqın cibindən çıxır...

Strateji tərəfdaşımızın, müttəfiqimizin qalxıb da PYD-yə maddi dəstək, silah yardımları verməsi bizim də qəbul edəcəyimiz qərara təsir göstərəcək. Bunun yaxşı bilinməsi lazımdır. Türkiyə bir çadır dövləti deyil. Əsrlərə banu olan bir dövlət anlayışımız var. Biz nə lazımdırsa, onu edirik. Bir ölürük, min dirilərik. Əgər biz NATO-da təmsil olunuruqsa, Türkiyənin NATO-a qərarlarına nə qədər riayət etməsi lazımdırsa, ABŞ-ın da buna o qədər tabe olması vacibdir.. Türkiyənin prezidenti kimi deyirəm: NATO bərabərdir Amerika Birləşmiş Ştatları anlayışı doğru deyil. NATO-da bütün ölkələrin hər biri ABŞ-la bərabər hüquqa malikdir”.

ABŞ-ın Suriya ilə sərhəddinin olmadığını xatırladan Türkiyə prezidenti, buna baxmayaraq, Vaşinqtonun kürd separatçılarına ciddi maliyyə ayırmasını da sərt tənqid edib:

 “İlk gələn məlumatlara görə, PYD-yə 550 milyon dollar veriləcək. İndisə, bunun 3 milyard dollara qədər yüksələcəyi bildirilir. DEAŞ-la siz bu vaxta qədər nəyin mübarizəsini apardınız? Neçə DEAŞ-çı məhv etmisiniz və ya hara göndərmisiniz? Biz regionda kimin kiminlə əməkdaşlıq içində olduğunu yaxşı bilirik. Artıq kimsənin DEAŞ-dan istifadə etməyə haqqı yoxdur. Türkiyəni canlarının istədikləri kimi girib çıxdıqları, hər cür kobudluğu edib hesabat vermədikləri yerlərlə qarışıq salırlarsa, çox yaxında elə olmadığını görəcəklər”.

Qeyd edək ki, dünən Pentaqonun büdcədən İraq və Suriyada “terrorizmə qarşı mübarizə aparmaq” adı altında 1.4 milyard dollar ayrıldığı xəbərləri yayılmışdı. Məlumata görə, bu vəsaitin 550 milyonunun Demokratik Suriya Gücləri deyilən quruma yönəldilməsi nəzərdə tutulurdu. DSG-nin rəhbər heyəti isə kürd separatçılarından təşəkkül tapır.




Ana səhifəyə qayıt        Baxış: 1 680          Tarix: 13-02-2018, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma