“Ey, binəva Ərdoğan!
Dünya sərvətinin yarısının təkcə bir yəhudi ailəyə məxsusluğunu və bu ailənin İsrailin ən böyük dəstəkçisi olduğunu bilmirsənmi? Bəs, digər Yəhudi zənginlərə nə deyirsən?”
Ovqat.com xəbər verir ki, bu təkəbbürlü və harın sözləri İsrail alimi və iqtisadçı analitiki Edi Koen yazıb.
Bar-Ilan Universitetinin müəllimi və Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin analitiki olan Koen “Twitter”də ərəbcə "Türk Lirəsinə Yardım Edin" adıyla açılan haştaqa yazdığı rəydə bunları bildirib.
İsrailin Türkiyədəki səfiri Aytan Naehin ölkəsinə qayıdarkən hava limanında təhqirə məruz qaldığını irəli sürən Koen "Türk lirəsinin tarixdə ən aşağı səviyyəyə düşdüyünü" xatırladıb.
Türkiyə iqtisadiyyatını yəhudi lobbisiylə təhdid edən Koen Türk lirəsindəki dalğalanmalara işarə edərək, “daha pis tənəzzüllərin” yaşanacağını vurğulayıb.
Koenin bu təhdidkar rəyinə ərəblərin münasibəti isə fərqli olub. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən olan “Twitter” izləyiciləri onu dəstəkləyib, başda Qətər olmaqla digər ərəb ölkələrinin izləyiciləri isə sərt reaksiya veriblər.
Paylaş: