Xəbər lenti

  

"Osmanlı İmparatopluğunun dövrü keçdi. Qüds keçmişdə də, indi də, gələcəkdə də hər zaman Yəhudilərin paytaxtı olub və olacaq. Keçmişdəki siyasətlərdən çox fərqli olaraq, Qüdsdəki hakimiyyət təhlükəsizliyə, sərbəstliyə, ibadət azadlığına və bütün azlıqların hüquqlarına hörmətlə yanaşır”.

Ovqat.com xəbər verir ki, bu ağır sözlər İsrail XİN-nin "Twitter" hesabında paylaşılıb.

Açlqlamada bir az da irəli gedilərək, Türkiyəni təhdid edən mesajlar verilib: “Şüşə saraylarda yaşayanlar atılan daşlara qarşı diqqətli olmalıdırlar".

İsrail XİN-nin bu açıqlaması öz çıxışlarında Qüdsdəki hadisələri pisləyən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana cavab xarakteri daşıyır. Xatırladaq ki, Prezident Ərdoğan, dünənki çıxışlarının birində Qüdsdə yaşanan hadisələri şərh edərək demişdi: "Osmanlının əlindən çıxmasıyla başlayan Qüdsün çətin günləri İsrail dövlətinin qurulmasından sonra kabusa çevrildi. Məscidi-Əqsaya girişi mürəkkəbləşdirmək üçün hər cür yola əl atan İsrailin bu əməlləri müsəlmanların həmin ibadətxanaya girişini əngəlləyərək, işğala qədər aparması stəkanın daşmağa başladığının işarədir”.




Ana səhifəyə qayıt        Baxış: 1 174          Tarix: 26-07-2017, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma