Xəbər lenti

 

ABŞ-la Avropa arasında gömrük savaşı başladı

Avropa İttifaqı (Aİ) aralarında motosiklet, cins şalvar və viskinin də olduğu ABŞ-nın simvolik məhsullarına 25 faiz gömrük rüsumları tətbiq etməyə başlayıb.

Ovqat.com xəbər verir ki, gömrük vergisi artırılan məhsulların siyahısı xeyli qabarıqdır.

Siyahıya əsasən bu məhsullar daxildir: qarğıdalı, barbunya, düyü, kövrəldilmiş qarğıdalı, fıstıq əzməsi, qaragilə, portağal suyu, viski, siqar, siqaret, tütün, pomada, kot şalvar, nevresim, ayaqqabı, əlüzyuyan, pilləkən, ventilyator, motosiklet, yat, ləyən, balon, polad və s. ABŞ-da istehsal olunan yüzlərlə fərqli məhsula 25 faiz gömrük vergiləri tətbiq ediləcək.

Aİ-nin bu qərarla ABŞ-ın sözügedən məhsullarına qarşı cəmi 2,8 milyard avroluq əlavə gömrük vergisi gətirdiyi güman olunur. Daha 3,6 milyard avroluq əlavə tarazlaşdırıcı tədbirlərə də gələcəkdə başlanılacaq.

 ABŞ Prezidenti Donald Tramp 9 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı. Aİ ABŞ-ı əlavə gömrük vergiləri tətbiq etməməyə çağırsa da, aparılan danışıqlardan heç bir nəticə əldə edilməmişdi.

Aİ-nın artırılmış gömrük vergisi qərarının bu hadisədən sonra gəlməsi Vaşinqtona cavab kimi qiymətləndirilir.




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 22-06-2018, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma