Xəbər lenti
 
ABŞ prezidenti Donald Tramp Kanadadan idxal edilən bəzi taxta-şalban məhsullarına ortalama 20% gömrük vergisi tətbiq edib. 
Ovqat.com xəbər verir ki, bu xəbəri ABŞ Ticarət Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, dünəndən etibarən tətbiq edilən yeni vergi sisteminə əsasən, Kanadadan idxal olunan yumşaq taxta məhsulları üçün 3%-24% arasında dəyişilən gömrük vergisi ödənəcək.
Seçkiöncəsi təbliğat və təşviqat prosesində Çindən idxal olunan mallara gömrük vergisini artıracağını vəd edən Trampın birdən-birə Kanadanı “vurması” ABŞ mütəxəssisləri üçün də gözlənilməz olub.
 Ağ ev Administrasiyası bu qərarı kanadalı taxta ixracatçılarının dövlətdən aldığı subsidiyaların haqsız rəqabət yol açmasıyla izah edirlər. Müstəqil ekspertlər isə vergi artışının ev qiymətlərinə də təsir edəcəyini düşünürlər.
Qeyd edək ki, ABŞ Kanadadan xeyli miqdarda şalban və digər taxta məhsulları alır. Ötən il bu miqdar 5.66 milyard dollar həcmindəymiş.



Ana səhifəyə qayıt        Baxış: 1 257          Tarix: 26-04-2017, 05:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma