Azərbaycan Respublikasının Baş Prokurorluğu korrupsiyaya qarşı mübarizə tədbirlərini artırdığını bəyan edib. Bu çərçivədə öz əməkdaşlarına belə, açımayacağına eyham vuran qurum İsmayıllı rayon prokurorunun müavinini cinayət məsuliyyətinə cəlb edib, rayon prokurorunu işdən qovub.
Baş Prokurorluğun Mətbuat xidməti həmçinin ölkə vətəndaşlarına, sahibkarlara müraciət edərək, korrupsiyaya qarşı mübarizədə hər kəsi ayıq-sayıq olmağa çağırıb, qarşılaşdıqları cinayət faktı ilə əlaqədar prokurorluq orqanlarına xəbər vermələrini xahiş edib.
Sözsüz ki, cəmiyyətimizi içdən parçalayan bu mərəzə qarşı mübarizədə prokurorluq orqanlarının vətəndaşlarla əl-ələ vermək niyyəti təqdirə layiqdir. Amma doğrudanmı ölkədə korrupsiyaya qarşı mübarizə effektli aparılır? Ümumiyyətlə korrupsiya deyəndə nə nəzərdə tutulur və onun rüşvətxorluqdan fərqi nələrdir? Bu mütəşəkkil cinayətə qarşı tədbirlərə nədən başlanmalıdır?
Suallarımıza cavab axtarmaq üçün bəzi siyasətçilərin qapısını döydük.
Əməkdaşlarımızın hazırladığı video-çarxı təqdim edirik:
Paylaş: