Xəbər lenti

"Son 15 ildə Azərbaycanda sistemli antikorrupsiya islahatları həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının 3-cü iclasının II plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün mexanizmlər mövcuddur.

K.Cəfərov qeyd edib ki, hazırda bu sahədə mövcud olan mexanizmlər uğurla icra olunur: "Korrupsiyaya qarşı mübarizə davamlı işdir. Ona görə də daim yenilikləri öyrənirik, beynəlxalq təcrübə isə bizim üçün çox önəmlidir".

 




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 7-06-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma