“Türkiyədəki Arto Sevan Oskayan, Andarnik Raffi Bozacıyan kimi erməni iş adamlarının sərmayəsilə qurulan “Emre Piliç” və “Orallar”, “Garanti” şirkətləri Nazirlər Kabinetinin həmin qərarını işləməz hala gətirmək, qadağaları yarmaq istəyirlər. Məqsəd, əlbəttə, təkcə pul qazanmaq yox, həm də Azərbaycan xalqının qida təhlükəsizliyini öz əllərində tutmaq fürsətlərinin yenidən bərpa olunmasıdır”.
Ovqat.com xəbər verir ki, bu məlumatı tanınmış iş adamı, ADAM analitik araşdırmalar mərkəzinin sədri Mürvət Həsənli özünün facebook səhifəsində yayıb.
Bir müddət əvvəl paylaşılan statusda deyilir:
“ANONS
Bu ayın 7-də Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycana idxal olunan toyuq əti və yumurtaya əlavə idxal rüsumunun tətbiqinin müddəti daha 1 illiyə uzadılıb. Qeyd edim ki, analoji qərar 2016-ci ildə qəbul olunmuş və müddəti bu il bitirdi. Yerli fermer təsərrüfatlarımızın mənafeyi və xarici şirkətlərin dompinq siyasətlərinin qarşısını almaq üçün uzadılan qərara damazlıq yumurta da əlavə olunub. Qərara əsasən, idxalçılar hər toyuq üçün 1 dollar, hər damazlıq yumurta üçün isə 10 sent əlavə rüsum ödəyəcəklər.
Cənab Prezidentimizin Azərbaycanın quş əti və yumurta tələbatının 100 %-nin yerli təsərrüfatların imkanları ilə təchiz edilməsinə hesablanmış bu qərar, sözsüz ki, bir sıra xarici şirkətləri narahat edir. Xüsusilə, Türkiyədəki Arto Sevan Oskayan, Andarnik Raffi Bozacıyan kimi erməni iş adamlarının sərmayəsilə qurulan “Emre Piliç” və “Orallar”, “Garanti” şirkətləri Nazirlər Kabinetinin həmin qərarını işləməz hala gətirmək, qadağaları yarmaq istəyirlər. Məqsəd, əlbəttə, təkcə pul qazanmaq yox, həm də Azərbaycan xalqının qida təhlükəsizliyini öz əllərində tutmaq fürsətlərinin yenidən bərpa olunmasıdır ki, bu da ilk növbədə Azərbaycan dövlətinin maraqlarına və Cənab Prezidentimizin iradəsinə ziddir.
Əldə etdiyim məlumata görə, erməni dairələri bu məkrli planlarını həyata keçirmək üçün artıq Azərbaycana öz emissarlarını göndərib. Erməni emissarı Ömür Oralın Azərbaycandakı ünlü bir iş adamının yardımı ilə Nazirlər Kabinetinə bu qərarı geri çəkməsi üçün aktiv təzyiqə başladığı bildirilir. Bunun üçün yerli iş adamına külli miqdarda rüşvət təklif olunur.
Həmin ünlü iş adamının kimliyi bizə məlumdur. Ancaq onun təklifə nə cavabı verəcəyi barədə məlumata sahib olmadığımızdan, adını səsləndirmirik. Ümidvaram ki, iş adamı erməni şirkətlərinin maraqlarına uyğun olan bu təklifi rədd edəcək, sapı özümüzdən olan baltaya çevrilməyəcək. Əks halda, biz milli maraqlarımızın əleyhinə yönələn addıma laqeyd qalmayacağıq və mübarizəmizi qanunların imkan vediyi cizgidə davam etdirəcəyik. Prezidentin iradəsinə qarşı çıxan yerli iş adamının da adını məhz o zaman səsləndirəcəyik”.
Paylaş: