Gürcüstanda prezident seçkilərinin ikinci turunun qalibi faktiki müəyyənləşib.
Ovqat.com xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermədə seçici aktivliyinin 56.23 faiz olduğunu bildirib.
Son məlumata görə, səslərin 97% faizi hesablanıb və Zurabişvili 59,6%, Vaşadze isə 40,4 faiz səs toplayıb. Deməli, bundan sonra sayılacaq bütün səslər Vaşadzenin xeyrinə hesablansa belə, nəticələri dəyişməyəcək və Zurbişvili Gürcüstanın növbəti prezidenti adını qazanıb.
Gürcüstan MSK-nın açıqladığı bu nəticələr ölkədə birmənalı qarşılanmayıb. Vaşadzenin tərəfdarları seçkilərin saxtalaşdırıldığını bəyan ediblər. Xüsusilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili seçkinin nəticələrini tanımaqdan imtina edib.
Axar.az xəbər verir ki, bunu o, xalqa Feysbuk vasitəsilə müraciətində deyib.
O, əhalini dinc vətəndaş itaətsizliyinə çağırıb. Eks-prezident Saakaşvili İvanişvilini "murdar oliqarx" adlandırıb və onun bütün qanunları pozduğunu bildirib.
Saakaşvili hökumətin oğru dünyasının yardımlarına baş vurduğunu bildirib.
İvanişvilinin daha Gürcüstanın legitim lideri olmadığını deyən Saakaşvili cəmiyyətin seçkinin nəticəsini tanınmaması gərəkdiyini söyləyib. O, müxalifətin dinc itaətsizlik aksiyalarına başlayacağını deyib.
Saakaşvili polisi də xalqın yanında yer almağa çağırıb. O, həmçinin nə olursa olsun, Gürcüstana geri dönəcəyini qeyd edib.
Paylaş: