Xəbər lenti

Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılmış iki seçki məntəqəsi üzrə səslər sayılıb.

Nəticələrə əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze daha çox səs qazanıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilmiş protokollara əsasən, Bakıdakı 5 saylı seçki məntəqəsində Q.Vaşadzeyə 36, Salome Zurabişviliyə isə 12 səs verilib. Altı saylı seçki məntəqəsində isə Q.Vaşadze və S.Zurabişvili müvafiq olaraq 17 və 14 səs toplayıblar.

Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi fəaliyyət göstərib. Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır. Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib.

 




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 29-10-2018, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma