İran Prezidenti Həsən Ruhani Prezident İlham Əliyevə zəng edib.
Ovqat.com xəbər verir ki, məlumatı İran Prezident Administrasiyası yayıb.
Məlumata görə, prezidentlər bir-birlərini və xalqlarını Qurban bayramı münasibətilə təbrik ediblər.
İran Prezidenti həmkarına iki ölkə arasındakı münasibətlərin və əməkdaşlıqların getdikcə inkişaf etməsindən məmnuniyyət duyduğunu çatdırıb. O həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlərin dərinləşməsində rəsmi səfərlər də səmərəli rol oynayıb və bunun davam edəcəyinə ümidvardır.
İlham Əliyev isə öz növbəsində ölkələrimiz və xalqlarımız arasında münasibətlərin əvvəlkindən daha yaxşı olacağına və inkişaf edəcəyinə inamını bildirib.
Qeyd edək ki, bu həftə İran, Rusiya və Azərbaycan prezidentlərinin Soçidə görüşü gözlənilirdi. Görüş açıqlanmayan səbəbdən təxirə salınmışdı.
Paylaş: