Xəbər lenti

 

Bu il Sentyabrın 1-i Mərəhhəm ayının da ilk gününə təsadüf etdi. Deməli, iki gündən sonra Aşuraya qədəm qoyacağıq.

İmam Hüseynin qətlə yetirildiyi gün olduğundan Aşura günü əksər müsəlman ölkələrində, xüsusilə şiələr arasında matəm kimi qeyd olunur. Hicri təqviminin 61-ci ilində Yezid tərəfdarları tərəfindən Kərbəlada qanına qəltan olunan peyğəmbər nəvələrinin yası Azərbaycanda da tarixən matəm günü kimi keçirilib. Hətta dini təbliğatların qadağan olunduğu sovet hakimiyyəti illərində belə, insanlarımız imam üçün ağlayıb, sinə döyüb, baş yarıblar. Bu gün də Azərbaycan müsəlmanları  sözügedən tarixi ənənəni davam etdirir, hər Aşura günü imamı yad etməyə çalışırlar.

Bununla belə, Məhərrəmlik deyəndə ilk ağla gələn ölkə İrandır. İran rəsmi ideoloji baxışlarına və konstitusiya quruluşuna görə, dini dövlətdir. Dolayısıyla hər dini mərasim, bayram və s. kimi müqəddəs günlər bu ölkədə rəsmən və xüsusi diqqətlə qeyd olunur. Görünür, elə buna görə də İranda keçirilən Məhərrəmlik taziyədarlığı dünyanın bir çox ölkələri tərəfindən xüsusilə izlənilir. Bir çox hallarda taziyələrdə baş yarmalar, sinə döymələr, ağlamalar və s. kimi rutinlər Qərb mediası tərəfindən qəsdən islam dini əleyhinə təbliğat vasitəsi kimi istifadə edilir.

Maraqlıdır ki, İran artıq ənənəvi Məhərrəmlik taziyədarlığından uzaqlaşır. Molla rejimi insanlar üzərində öz təsirini itirdikcə, bir çox hallarda ictimai nifrət həm də dini mərasimlərə qarşı yönəlir. Ən çox təpkilər isə Məhərrəmlik mərasimlərində ortaya çıxır.

 

Şəkildə: Taziyəyə tazı ilə gedən qız

Bildirildiyinə görə, son vaxtlar İranda bütün qələbəliklər kimi, Məhərrəmlik mərasimləri də rejimin rəsmi ideologiyasına qarşı etiraz aksiyasına çevrilib. Bir çox hallarda qadınlar bu mərasimlərə dodaqlarını qırmızıya boyayaraq, daha açıq geyinərək qatılırlar. Bəzən saçların rəngarənk boyanması, “Ya Hüseyn” şüarlarımın yazılması hallarına da rast gəlinir. Halbuki, bir zamanlar Məhərrəmlik ənənələrində saç kəsmək, qırmızıya boyanmaq Yezidilik kimi qiymətləndirilirdi. İndi isə İranda tamamilə başqa meyarlar formalaşır və bunlar bəzi çevrələr tərəfindən “Məhərrəmlik dəbi” adlanır.

Rejim mənsubları etiraz dalğasının Məhərrəmlik mərasimlərinə qədər siraət etməsindən narahat olaraq, artıq neçə ildir ki, onun qarşısını inzibati yolla almağa çalışırlar. 2015-ci ildə hökumətin çıxardığı bir çox qərarlar “Məhərrəmlik dəbi” deyilən geyim-keçim, saç düzümü aksiyalarına qarşısını almağa yönəlsə də, İrandan əldə etdiyimiz bəzi şəkillər inzibati metodların da artıq işə yaramadığını göstərir. Daha artıq şərhə yol vermədən, bu il İrandakı Məhərrəmlik mərasimlərində çəkilmiş şəkilləri təqdim edirik. Ən maraqlısı isə budur ki, rejim mənsubları insanları taziyələrə cəlb etmək üçün mərasim iştirakçılarına qəlyan da paylayırmış. Şəkillərə keçməmişdən əvvəl təqdim etdiyimiz videoda bu, aydın şəkildə görünür.

Videonun linki burada

 




Ana səhifəyə qayıt        Baxış: 1 438          Tarix: 8-09-2019, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma