Xəbər lenti

 

Azərbaycan Prezidneti İlham Əliyev Soçidə keçirilən “Valday” Klubunun sessiyası  çərçivəsində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatlara sərt münasibətini açıqlayıb.

Azpost.info bildirir ki, Prezident Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu bəyan edib: “Ermənistanın baş naziri Paşinyan əcaib bəyanat verib. Deyib ki, “Qarabağ Ermənistandır. Nöqtə”. Bu yalandır. Qarabağ Azərbaycanın tarixi və ayrılmaz hissəsidir. Qarabağ Azərbaycandır. Nida!”.

Dağlıq Qarabağın sovet dövründəki tarixinin ermənilər tərəfindən saxtalaşdırıldığını deyən Prezident bildirib ki, bolşeviklərin Qafqaz Bürosu Qarabağın Azərbaycanın tərkibində saxlanmasına səs verib.

İlham Əliyev bəyan edib ki, 27 ildir BMT-nin münaqişə ilə bağlı məlum qətnamələri yerinə yetirilmir. “Qətnamələr kağız üzərində qalır”.

“Paşinyan son zamanlar bəyanatlarında bildirir ki, münaqişə Azərbaycan, Ermənistan və Qarabağ xalqının maraqları çərçivəsində həll olunmalıdır. “Qarabağ xalqı” anlayışı yoxdur. Qarabağ əhalisi var. Münaqişəyə qədər burada azərbaycanlı əhalisi ilə birgə yaşayıblar.  Münaqişənin məqbul variantına gəlincə, bu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, köçkünlərin öz doğma torpaqlarına qayıtmasından keçir”.

Prezident deyib ki, hərbi təcavüz bu gün də davam edir: “Dünən Qazax rayonunda dinc sakin öldürülüb. Ermənistaın 2016-cı ilin aprel provokasiyası zamanı 6 dinc sakin həlak olub. Bir körpə uşaq qətlə yetirilib”.

Prezident İ.Əliyev qeyd edib ki, münaqişə nəticəsində Qarabağdan 700 min, Ermənistandan isə 250 min azərbaycanlı öz dəbə-baba torpaqlarından qovulub.




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 3-10-2019, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma