“Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev və deputat mandatına xitam verilən deputat Rafael Cəbrayılov arasında qarşılıqlı təhqirlər davam edir. Demokrat-a videomüsahibə verən Rafael Cəbrayılov Hafiz Hacıyevin onun həyat yoldaşının erməni olması barədə iddialarını rədd edərək, partiya liderinin özünün erməni qanı daşıdığını deyib.
"Hafiz Hacıyevin əsli ermənidir. Əgər Hafiz Hacıyev məni məhkməyə versə, vəkillərimlə birlikdə onun erməni olmasını sübuta yetirməyə hazıram"-deyə Rafael Cəbrayılov əlavə edib.
Modern.az-a danışan Hafiz Hacıyev onu erməni mənşəyinə malik olmaqda ittiham edən Rafael Cəbrayılovun həbs olunacağını deyib.
“Rəfael Cəbrayılovun anası, atası, arvadı da ermənidir. Hafız Hacıyev əsl türkdür, ən məşhur simaları olan nəsildəndir və bunu bütün dünya bilir. Mən dəfələrlə demişdim ki, Rafael Cəbrayılov “maşennik”dir və bu öz təsdiqini tapdı. Mən sevinirəm ki, gec də olsa mənim dediklərim təsdiq olundu. Rafael Cəbrayılov pozğun, avaranın biri olub və bu işlərini Milli Məclisdə də davam etdirib. Məhz bu işləri də üzə çıxdıqdan sonra dalına təpik vurub yolladılar. Hər halda yaxın günlərdə Rafael Cəbrayılovu biz həbsdə görəcəyik”.
Hafiz Hacıyev Rafael Cəbrayılovun “məni məhkəməyə versin, onun erməni olduğunu sübut edim” sözlərinə də cavab verib.
“Yenə deyirəm, Rafael Cəbrayılov qələt edir. Onsuz da o, məhkəməyə verilib və hüquq-mühafizə orqanları qarşısında cavab verəcək. Bəli, mən Rafael Cəbrayılovun “maşennik” olduğunu bilirdim. Dəfələrlə yuxarı orqanlara müraciət elədim ki, o, pozğunluqla məşğuldur, onun ailəsində bu vəziyyət var və deputat mandatından istifadə edib camaatı soyur. Şükürlər Allah ki, dediyimi sübuta yetirə bildim”.
Paylaş: