Siyasi hakimiyyət və mənsub olduğu partiya Rafael Cəbrayılovla bağlı artıq qərar verib və onun deputat vəsiqəsini girov qoyaraq borc almasını bağışlamaq fikrində deyil.
Ovqat.com xəbər verir ki, məlumatı Aznyus.az etibarlı mənbəyə istinadla yayıb. Saytın mənbəsi bildirib ki, gələn həftə Milli Məclisin payız sessiyası başlayacaq:
“Cəbrayılov deputat səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edəcək. Diqqət etdinizsə, Siyavuş Novruzov da ona məhz bunu təklif etmişdi. Siyavuş Novruzovun bu təklifini hakim partiyanın ümumi mövqeyi kimi qarşılamaq olar”.
Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borc müqabilində deputat vəsiqəsini girov qoyması və iltizam yazmasını əks etdirən fotoların yayılması ciddi rezonans doğurub.
R.Cəbrayılovun ayrı-ayrı şəxslərə və AG Banka ümumilikdə 6 milyona yaxın borcu olduğu üzə çıxıb. deputat məhkəmə çəkişmələrində də uduzub və onun qohumlarının adına olan əmlaklarının üzərinə həbs qoyulub.
Paylaş: