Xəbər lenti

 

İranda ötən həftə benzinin qiymətinin 3 dəfə bahalaşması ilə baş verən sosial partlayış səngimək bilmir.

Ovqat.com-un məlumatına görə, İran ölkədə baş verənlərin xaricə sızmasının qarşısını almaq üçün interneti məhdudlaşdırsa da, bu, sosial narazılıqların nəinki qarşısını almayıb, əksinə daha da artırıb. İndi İran xalqı təkcə benzinin qiymətlərinə yox, həm də sosial şəbəkələrin işləməməsinə etiraz edir. İnternet istifadəçilərinin daha çox olduğunu nəzərə alsaq, bu, etirazçıların sırasının genişlənməsi və proseslərin şiddətlənməsi anlamına gəlir.

Qeyd edək ki, Yaxın Şərq ölkələrində internet obyektiv xəbərləşmənin yeganə vasitəsi olduğundan bu cür məhdudlaşdırmalar daha çox qəzəb doğurur. Heç uzağa getməyək, ötən ayın 17-də Livanı ayağa qaldıran hadisə hökumətin sosial şəbəkələr, o cümlədən whatsapp-ı yeni vergi sisteminə tabe tutması ilə başlamış və Həriri hökumətinin süqutu ilə nəticələnmişdir. Livanda whatsapp etirazları üzərindən bir aydan çox keçməsinə baxmayaraq, hələ də davam edir

İranın sosial şəbəkələrə gətirdiyi məhdudiyyətlər də molla rejiminin ikinci böyük səhvi kimi qiymətləndirilir. Ölkədə getdikcə vüsət alan etirazlar dünən də davam edib. Əldə etdiyimiz videoların analizindən aydın olur ki, dünən ən ciddi gərginliklər Şirazda yaşanıb. Keçirilən aksiyalarda növbəti ölüm hadisəsi də qeydə alınıb:

 

 “Ovqat”-ın manototv.com saytından topladığı dünənki etiraz aksiyalarına aid videoları nəzərinizə çatdırır:

 

Heydərabad

 

 

Gilan

 

 

Tehran

 

 

 

Sari

 

Benzin inqilabına marş belə yazılıb

 

 

Mərivan

 

Təbriz

 

 

Tehran Universiteti

 

Cəvanrud

 

Şiraz

 

 

 

 

 

Müxtəlif şəhərlər

 




Ana səhifəyə qayıt        Baxış: 8 160          Tarix: 19-11-2019, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma