
Azərbaycanda "A-98 Super" markalı benzinin qiyməti bahalaşmasına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev münasibət bildirib.
O, Publika.az-a bildirib ki, bu markalı benzin ölkəyə idxal olunur və qiyməti dövlət tərəfindən tənzimlənmir: “Dövlət tərəfindən qiyməti tənzimlənən benzinin qiymətində dəyişiklik yoxdur. Ölkədə avtomobillərin əksəriyyəti məhz qiyməti tənzimlənən benzindən istifadə edir. "A-98 Super" markalı benzinin qiymətində dəyişiklik olsa belə, bu, dövlət tərəfindən tənzimlənmir”.
***
Azərbaycanda "A-98 Super" markalı benzinin qiyməti bahalaşıb.
"A-98 Super" benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəlib.
Qeyd edək ki, ötən aylarda Azərbaycanda A-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu. (lent.az)
Paylaş: