Prezident İlham Əliyev bir çox struktur və kadr islahatlarına imza atıb.
Ovqat.com həmin Sərəncamlardan bir qismini təqdim edir:
Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.
Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub. (Yeni Müsavat)
Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. AzərTac
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu Administrasiyada şöbə müdiri və özünə köməkçi təyin edib. Prezidentin imzaladığı sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
İlham Əliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Zeynal Nağdəliyevin də vəzifəsini dəyişib. Prezidentin sərəncamında deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Prezident İlham Əliyev general Məhərrəm Əliyevi ədliyyə nazirinin müavini vəzifəsindən çıxarıb və onu özünün hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin edib.
Habelə ona general-polkovnik rütbəsi verib.
***
İlham Əliyev Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin rəhbəri Şahin Əliyevin də vəzifəsini dəyişib. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilsin.
***
Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Prezident Administrasiyasında yeni şöbə yaradılıb.
Bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi yaradılıb. Şöbə müdiri postuna təyinat olmayıb.
***
Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi postu ləğv edilib.
Bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
Qeyd edək ki, Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahmar Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İsrafil Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Ələkbərovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilsin.
Prezident İlham Əliyev digər sərəncamla Anar Ələkbərovu özünə köməkçi təyin edib.
Paylaş: