Xəbər lenti

 

Ədalət partiyasının Siyasi Şurasının bu gün ənənəvi toplantısı olub və toplantıda növbədənkənar seçkilər müzakirə edilib.

Ovqat.com xəbər verir ki, Siyasi Şura üzvləri boykot və seçkilərdə iştirak məsələsini geniş şəkildə müzakirə edib. Siyasi Şuranın yekun rəyi seçkilərdə iştirak olub.

Bildirildiyinə görə, boykot taktikasının faktiki real əsasının olmadığı qənaətinə gələn Ədalət yetkililəri majoritar qaydada seçkilərdə iştiraka qərar veriblər.

Ədalət partiyasının sədri İlyas İsmayılov isə seçkilərə qatılmaq istəməyib və partiya namizədlərinə xeyir-dua verib.




Ana səhifəyə qayıt        Baxış: 2 300          Tarix: 7-12-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma