Xəbər lenti

 

 

“Azərbaycan Demokrat Partiyası ölkədəki ictimai siyasi vəziyyəti, siyasi coğrafiyamızda baş verən təhlükəli prosesləri, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyini, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiyanın 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq seçkidə iştirak haqqında qərar qəbul etmişdir”. 

Ovqat.com xəbər verir ki, bu sözlər ADP-nin bu gün yaydığı bəyanatındandır.

Partiya öz bəyanatında digər siyasi təşkilat və partiyaları da seçkilərə iştirak etməyə çağırıb:

“Azərbaycan Demokrat Partiyası ölkədə narazı elektoratı, partiya tərəfdarlarını və partiya ilə əlaqələri zəifləmiş ADP üzvlərini, seçkilərin boykot edilməsini düzgün hesab etməyən qüvvələri, eləcə də seçkidə iştirak etməyən, ancaq boykot mövqeyində olmayan siyasi partiyaları, QHT nümayəndələrini, ölkənin demokratikləşməsində, daxili sabitliyin qorunmasında, demokratik prosedurların saxlanması və inkişafında maraqlı olan bütün ictimai fəalları və ziyalıları bu seçkilərdə aktiv olmağa, ADP-nin seçki kampaniyasına fəal maddi, mənəvi və siyasi dəstək verməyə çağırır”. 




Ana səhifəyə qayıt        Baxış: 796          Tarix: 21-02-2018, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma