Xəbər lenti

  

İranda Ukraynaya aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

Ovqat.com-un məlumatına görə, təyyarə İran XİN-nin binasının üzərində qəzaya uğrayıb və binanın üzərində düşüb.

İran yetkililəri hadisənin sırf qəza olduğunu bildirsələr də təyyarənin XİN-nin üzərinə düşməsi başqa versiyaları da ağla gətirir.

Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşının olub-olmaması hələ bəlli deyil.

***

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxan Ukrayna sərnişin təyyarəsinin İran raketi tərəfindən vurulması ilə bağlı informasiyalar verilib. 

“Al-Hadath” ərəb nəşrinin verdiyi məlumata əsasən, guya təyyarə şəhərdəki zenit bölməsi tərəfindən təsadüfən vurulub. Hələlik bu informasiya təsdiqlənməyib. 

Qeyd edək ki, göyərtəsində 180 sərnişin olan “Boeing 737со” təyyarəsinin qəzaya uğramasına səbəb kimi ilkin ehtimal olaraq texniki problem göstərilib. Hadisə nəticəsində təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvü həlak olub. (Oxu.az)




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 8-01-2020, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma