Xəbər lenti

 

Rusiyanın "An-26" nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğrayıb, 26 sərnişin və 6 ekipaj üzvü ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə vurulmayıb, qəzaya texniki problem səbəb ola bilər.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 6-03-2018, 23:44      


Paylaş: