Xəbər lenti

  

 

"Bütün dünyada dəlilik rüzgarları əsir".

 

Ovqat.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Guterres deyib.

 

 Liviyadan Yəmənə və Suriyaya qədər dünyanın müxtəlif yerlərində artan gərginliyə toxunan Guterres bütün böhranların fərqli səbəblərdən doğmasına baxmayaraq,  hər yerdə qeyri-sabitliyin artdığını və gərginliyin pambıq sapına bağlandığını, bunun da nəticə etibarilə münaqişələri daha "gözlənilməz" və "idarəolunmaz" hala gətirdiyini, səhv qərar vermə riskini artırdığını vurğulayıb.

 

BMT Baş katibi İdlib vilayətində Suriya ordusunun Türk əsgərlərinə atəş açması nəticəsində yeddisi əsgər, səkkiz adamın ölümüylə və Türkiyənin cavab verməsiylə böyüyən gərginliyə də işarə edərək deyib: "Türkiyə və Suriya ordularının bir-birlərini bombalaması çox narahatedicidır. Gərginlik tamamilə nəzarətdən çıxmazdan əvvəl Ankara və Dəməşq sakitləşdirməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 482          Tarix: 5-02-2020, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma