Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın martın 5-də rusiyalı həmkarı Vladimir Putinlə Moskvada keçirdiyi görüşün qardaş ölkədə yaratdığı əks-səda səngimək bilmir. İqtidarlı-müxalifətli hər kəsin eninə-boyuna müzakirə etdiyi bu görüş jurnalistlərin və siyasi analitiklərin də üzərində ən çox durduqları əsas mövzulardandır.

Türkiyə mediasında Moskva görüşü ilə bağlı ən maraqlı təsbit isə “Cümhuriyət” qəzetinin yazarı Kadri Gürsel tərəfindən irəli sürülüb.

Ovqat.com-un məlumatına görə, jurnalist Betül Başaka müsahibəsində Moskva görüşünü Ərdoğanın məğlubiyyəti, ölkənin isə qazancı kimi dəyərləndirən K.Gürsel fikrini belə əsaslandırıb: “İdlib savaşı Türkiyənin məcburən çəkildiyi deyil, seçdiyi müharibə idi. Onun bu müharibə üçün heç bir əsas yox idi və hakimiyyət bu yanlışdan geri çəkilməliydi. Əks halda ABŞ-ın da həvəsləndirməsiylə münaqişə daha qızışdırılacaq və Türkiyə iqtisadi cəhətdən çətin vəziyyətə düşəcəkdi.

Moskva görüşündə isə rəsmi Ankara bu yanlışdan geri qayıtdı və nəticə Ərdoğanın şəxsi məğlubiyyətilə tamamlansa da, əslində Türkiyənin xeyrinə oldu”.

Kadri Gürselin bu maraqlı analizini təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 8 409          Tarix: 8-03-2020, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma