Xəbər lenti

 

“Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ölkələrdir”...

Ovqat.com-un məlumatına görə, bunu APA TV-yə müsahibəsində Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, Azərbaycan bu məsələnin tezliklə diplomatik yolla tənzimləməsinin tərəfdarıdır: “Bu baxımdan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərini və bu səfər çərçivəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndiririk. Suriyada yaranmış vəziyyət diplomatik yolla həllini tapmalıdır. Bu, təkcə gərginləşmə ilə bağlı deyil, eyni zamanda humanitar böhranın yaranmasına yol açan problemdir. Ölkələr bu sahədə əldə olunmuş razılaşmalara riayət etməlidir. Suriyada vəziyyətin gərginləşdirilməsinə, qarşıdurmanın artmasına, müharibənin qızışdırılmasına yol verilməməlidir”.

Videonun 7-ci dəqiqədən sonrasına diqqət yetirin.




Ana səhifəyə qayıt        Baxış: 5 029          Tarix: 11-03-2020, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma