Xəbər lenti

Azərbaycan və Rusiya araslında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında sərhədin demarkasiya prosesi üzrə növbəti gorüş fevral 27-den sonra Bakıda keçiriləcək.

Sonra isə sərhəddə Qusar ərazisində sərhəd nişanlarının qoyuluş mərasimi keçiriləcək.

Nazir müavini qeyd edib ki, Cürcustanla dövlər sərhədinin delimitasiya uzrə növbəti görüşü bu ilin birinci kvartalına planlaşdırır.

"Ekspert görüşü və komissiya çərşivəsində geniş müzakirələr aparacayıq", – Xələf Xələfov deyib.




Ana səhifəyə qayıt        Baxış: 551          Tarix: 20-01-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma