Xəbər lenti

  

Bu gün İraqda daha bir nəfər koronavirusdan dünyasını dəyişib.

Ovqat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu ölüm hadisəsindən sonra ölkədə koronavirusdan ölənlərin ümumi sayı 10-a çatıb. 

 İraq ordusunda və İran meyilli Həşdi Şəbi qruplaşması arasında da koronavirusun tüğyan etdiyi bildirilir.

Sosial şəbəkələrdə sözügedən virusa yoluxmuş Həşdi Şəbi qruplaşması üzvlərinin yük təyyarəsi ilə SEPAH tərəfindən təcili İrana gətirildiyi ilə bağlı şok video yayılıb.

Sosial şəbəkə istifadəçiləri İraqda vəziyyətin daha ağır olduğunu, lakin ölkə rəsmilərinin bunu gizlətdiyini yazıblar. İraqda kornavirusdan ölənlərin gizli şəkildə dəfn edilməsi ilə də bağlı videolar paylaşılıb.

İraqda koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə martın 10-dan  etibarən yerli vətəndaşlar və zəvvarların Nəcəf şəhərinə girişi qadağan olunub.

Kərbəla şəhərində koronavirus epidemiyasının yayılmasına görə, cümə namazı təxirə salınıb.

İraqda koronavirusdan ölənlər qeyri-adi dəfn edilirlər. Maksimum dərəcədə meyitə əl vurmamaq üçün tabuta ip bağlayıb çəkirlər. Tabut qazılmış qəbrin içinə düşür.




Ana səhifəyə qayıt        Baxış: 3 652          Tarix: 14-03-2020, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma