Xəbər lenti

  

AZAL Türkiyədəki tələbələrin bir qismini təxliyə edib.

Ovqat.com xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, hava yolu ilə təxliyə edilən tələbələrin sayı cəmi 248 nəfərdir.

İstanbuldakı Baş Konsulluğumuzun “qaş düzəltməsi” nəticəsində avtobusla Naxçıvana yola salınan vətəndaşlarımızın isə 169 nəfər olduğu bildirilir. Üst-üstə gələndə bu, cəmi 411 nəfər edər. Türkiyədə təhsil alan tələbələrimiz isə minlərlədir. Üstəlik, sayı onlardan az olmayan vətəndaşlarımız da turistik səfərə getdiyi Türkiyədən qayıda bilmirlər. Onlardan bəziləri hələ də İstanbul hava limanında gecələyirlər.

Tələbələrdən aldığımız məlumata görə, onların təhsil aldıqları ali məktəblərin yataqxanalarına qayıtmaq şansları da yoxdur. Çünki universitetlər tətilə buraxıldığından yataqxanalar bağlanıb. Hazırda yataqxanalarda qalan tələbələrdən də təcili oranı tərk etməsini istəyirlər. Məlumata görə, yataqxanalar koronavirus şübhəllərinin saxlanıldığı karantin ocaqlarına çevriləcək. Hətta tələbələr orda qalsalar belə, təhlükənin qoynuna atılmış olacaqlar.

İstanbul hava limanında gecələyən 125 tələbəni isə daha ağır vəziyyət gözləyir. Onların əməkdaşımıza bildirdiklərinə görə, hava limanının işçiləri tələbələrdən bir neçə saat ərzində aeroportu boşaltmalarını tələb ediblər. Haqsız da deyillər. Türkiyədə də artıq tədricən çölə çıxmaq qadağası tətbiq olunur, xüsusilə də hava limanlarında hərəkətlər məhdudlaşdırılır. Belə məkanlarda gecələmək isə ümumiyyətlə olmaz. Nədən ki, aeroport kimi kütləvi toplanma məkanları koronavirusun yayılmasında başlıca rol oynayır.

Hər yerdən əlləri üzülən tələbələr nə edəcəklərini bilmirlər. Onlar bu gün mitinq keçirərək ölkə başçısı İlham Əliyevə və I vitse-prezident Mehriban xanıma müraciət ediblər. Həmin video-müraciəti yayımlayırıq:




Ana səhifəyə qayıt        Baxış: 7 790          Tarix: 23-03-2020, 02:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma