Xəbər lenti

  

 

Türkiyənin Sabancı Universitetində təhsil alan Yasin Uğurun verdiyi  məlumata görə, hal-hazırda İstanbul Hava limanında olan tələbələrimiz var: “Dezinfeksiya işlərinə görə tələbələr hava limanından uzaqlaşdırılır. Tələbələrin qalacaq yeri yoxdu. Onların arasında qızların sayı çoxluq təşkil edir”. Təxmini hesabamalara görə, Türkiyədə tələbələr İstanbul və Ankara hava limanlarından Azərbaycana qayıtmaq üçün çarter reyslərini gözləyirlər.

Ovqat.com xəbər verir ki, bu məlumatı ADR Hərəkatının sədri Qubad İbadoğlu öz facebook səhifəsində paylaşıb.

Tanınmış iqtisadçı alim Azərbaycan hökumətini Türkiyədə sərkərdan vəziyyətdə qalan tələbələri dərhal təxliyə etməyə çağırıb:

“Hələ 17 Mart 2020 - ci ildə Nazirlər Kabineti yanında operativ qərargahın baş nazirin yanında keçirilən iclasında vətəndaşların təxliyyəsi məsələləri müzakirə edilib.  İclasda qeyd olunub ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil olunacaq. Odur ki, AZAL   bu istiqamətdə başlamış işini davam etdirməlidir. İstanbula və Ankaraya təcili təyyarələr göndərməli və Azərbaycana qayıtmaq istəyən bütün vətəndaşların ölkəyə qayıdışını təşkil etməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 2 717          Tarix: 23-03-2020, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma