Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
“Təəssüf ki, hazırda koronavirusun qarşısını alan və ya effektiv müalicə edə biləcək dərmanlar yoxdur. Nə Orta əsrlərdə, nə XIX əsrin sonlarında, 20-ci əsrin əvvəllərində, nə də son zamanlara qədər bəşəriyyət belə hallarda karantindən daha təsirli bir üsul tapmayıb. Beləliklə, onun bir növ böyük bir fəlakətə çevrilməməsini təmin etməyin yeganə yolu həqiqətən özünütəcriddir”.
Ovqat.com xəbər verir ki, bu sözləri Moskva Seçenov Dövlət Tibb Universitetinin Somnologiya kafedrasının müdiri Aleksander Palman “koronavirusa qarşı nə etməli” sualını cavablandırarkən deyib.
Professorun bu sözləri də hökumətin sərtləşdirilmiş karantin rejiminə haqq qazandırır.
İzoliyasiya tədbirlərinə tanınmış yazıçısı Aləm Kəngərli də dəstək verib. Yazıçının saytımıza göndərdiyi xalqa müraciətini təqdim edirik:
“Əziz həmvətənlərim, yurddaşlarım, bacılarım, qardaşlarım!
Bildiyiniz kimi bu gündən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı xüsusi rejim tədbiq olunmağa başlayıb.
Əgər bir sıra Avropa ölkələrinə, həmçinin ABŞ-a nəzər salsaq, koronavirusun tüğyan qopararaq nə qədər ölümlərə, faciələrə səbəb olduğunu aydın şəkildə görərik. Odur ki, biz bütün bu ağrı-acılardan maksimum dərəcədə yan keçmək üçün dövlətimizin qarşımızda qoyduğu tələblərə ciddi şəkildə əməl etməliyik. Gəlin, başqalarından təcrid olunmaqla, ruhdan düşmədən, göstərilən şərtlər daxilində yaşamağa alışaq. Biz bu yolla koronavirusun yurdumuzda əl-qol açmasının qarşısını alıb, tezliklə əvvəlki həyat tərzimizə qayıda bilərik.
Hər birinizə səbir və sağlamlıq arzulayıram.
Evdə qalaq!
Dərin hörmətlə: Aləm Kəngərli”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər