Xəbər lenti

 

Almaniya kansleri Angela Merkel karantinə alınıb. 

“Qafqazinfo”nun “TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Şteffen Zaybert məlumat verib.

Onun sözlərinə görə, martın 20-də pnevmaniya infeksiyası ilə bağlı Merkelə peyvənd edən həkim koronavirusa yoluxub. Bu səbəbdən siyasətçi karantinə götürülüb və distant iş rejiminə keçib.

Qeyd edək ki, bu gün Merkel Berlində koronavirus pandemiyası ilə bağlı çıxış edib. Kansler koronavirusun yayılması fonunda sosial əlaqələrdən imtina edən hər kəsə təşəkkür edib.

Ovqat.com xəbər verir ki, Merkel 67 yaşındadır. Bəzi mütəxəssislərə görə isə, koronavirusun risk yaşı 65-dən başlayır. Dolayısıyla kansler də yaşı etibarilə risk qrupuna daxildir.

Üstəlik, Angela Merkelin səhətində də müəyyən ptoblemlərin olmasına dair şübhələr var. O, dəfələrlə rəsmi görüşlərdə kameralar qarşısında titrəməsilə Almaniyanı ciddi təşvişə salmışdı. Hətta bir çox tibb alimləri kanslerin bu titrəmələrini ciddi xəstəliyi ehtimalı ilə izah etmişdilər. Bu kimi dedi-qodular o həddə yayılmışdı ki, Merkelin özü mətbuat qarşısına çıxıb sağlam olduğunu bildirmək məcburiyyətində qalmışdı.

Merkelin koronavirusa yaxalanmasının rəsmən etirafı bu baxımdan da narahatlığı artırır. Çünki koronavirus xüsusilə xəstə orqanizmlərə güzəştə getmir.

Allah kanslerə şəfa nəsib etsin.




Ana səhifəyə qayıt        Baxış: 4 438          Tarix: 22-03-2020, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma