Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov aprelin 11-də son vəziyyətlə bağlı açıqlamasında bildirib.
O deyib: “İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bizdə yoluxmaların və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur. Yoluxmanın sayında artıb–azalma olur. Bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın.
Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil.
Məsələn, aprelin 8-də bir sutka ərzində 3073 xüsusi karantin rejimi pozuntusu olub. Aprelin 10-da bu göstərici 3112-yə yüksəlib. Aprelin 11-də isə artıq 1 sutka ərzində xüsusi karantin rejimi qaydalarının pozuntusu 3810–a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. İcazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv olunub.
İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu, bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların xüsusi karantin rejimi qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünütəcridin səmərəsi olacağına inam var idi. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar