Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Sovet imperiyası dövründə uzun illər xüsusi təmtəraqla qeyd etdiyimiz “Qələbə” bayramı yaxınlaşır. Azərbaycan Milli Məclisi bu münasibətlə “Böyük Vətən Müharibəsi” medalı təsis edib və 90-ci illərdən yox olub getmiş sovet qardaşlığı prinsiplərinə indiyədək sadiq qaldığını nümayiş etdirib. Rusiyada isə 75 illik ənənəvi “Qələbə” paradı keçirilməyə bilər.
Ovqat.com-un məlumatına görə, bunun səbəbi rus hərbi gücünün əzələ nümayişini həyata keçirəcək qüvvələrin koronavirusa yaxalanmasıdır.
Məlumata görə, keçmiş sovet ölkələrini də yanına alaraq faşizm üzərində qələbənin 75 illiyi bəhanəsilə yeni silahlarını nümayiş etdirməyi planlaşdıran Kreml rəsmiləri böyük əzmkarlıqla parada hazırlaşırdı. Minlərlə nümunəvi əsgərini təlim və hazırlıq işlərinə cəlb etmiş rəsmi Moskva onlara yürüş məşqləri belə keçirtmişdi. Di gəl ki, hər şey öz axarında gedərkən son anda Rusiya yetkililəri “sən saydığınız say, gör, koronavirus nə sayır” sürpriziylə qarşılaşıblar.
Bildirilir ki, paradda hazırlaşan əsgərlər arasında koronavirus yoluxması aşkarlanıb. Yetkililər bu mərdimazar sürpriziylə qarşılaşdıqdan dərhal sonra parad məşqlərinə qatılmış 15 min əsgəri karantin altına alıb.
Rusiya Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Nazirlik bəyan edib ki, əsgərlər 14 gün karantin altında qalacaqlar. Lakin nazirlik əsgərlərin koronavirusla bağlı test edilib, edilməyəcəyi ilə bağlı hər hansı fikir bildirməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar