Xəbər lenti


 “Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür”.

 
Ovqat.com-un məlumatına görə, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva özünün Telegram kanalında bu barədə yazıb.
 
O, Zərifə xanımı bu cür xarakterizə edib:
 
"Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva".




Ana səhifəyə qayıt        Baxış: 2 793          Tarix: 28-04-2020, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma