Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Elçin Qurbanov
Auditorlar Palatasının Qanunvericilik və hüquqi məsələlər üzrə Komitənin sədri
Bizi bütün dünyada rəzil edən, dövləti isə çökdürən korrupsiya və rüşvətlə effektli mübarizə aparmaq üçün nə etmək lazımdır?
Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üçün Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununun (bundan sonra PL/TMM) tətbiq subyekti dairəsi genişləndirilməli, dövlət orqanları, xüsusilə Yerli icra hakimiyyətləri ayrıca aid edilməlidir.
PL/TMM çərçivəsində nəzarət tədbirlərinin subyektləri adətən kommersiya qurumlarına istiqamətlənir. Uzun illərin təcrübəsi göstərir ki, çirkli pulların əksəriyyət hallarda mənbəyi dövlət təşkilatlarının rəhbərləri tərəfindən büdcə vəsaitlərinin kommersiya sektorunda leqallaşdırılmasıdır. Əlbətdə ki, belə hallara həm də pul vəsaitlərinin qara bazar və yaxud da iqtisadi əsası olmayan idxal və ixrac əməliyyatları ilə ölkədən kənara daşınması aiddir. Təkcə hüquqi şəxsin nizamnamə kapitalının formalaşdırılması, fondunun yaradılması , səhmdar olmayan cəmiyyətlərin ödənilmiş kapital göstəriciləri barədə məlumatlar PL/TMM məqsədləri üçün nəzarət obyekti kimi təsbit edilməməlidir.
Yalnız zəruri hallarda verifikasiya tədbirləri ilə kifayətlənmək olar. İstənilən halda fiziki və hüquqi şəxslərin əmlakı dövlət qeydiyyatına alınmalıdır. Nizamnamə kapitalının (payçılar, səhmdarlar) mülkiyyətçiləri tərəfindən qanunun (PL/TMM) 9.2.2. maddəsinə əsasən on beş min manat məbləğində (limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatlar çərçivəsində yardılan fondun auditor tərəfindən təsdiq edilməsi (qiymətli kağızlar,daşınan və ya daşınmaz əmlak , digər qeyri pul vahidləri) zamanı eyniləşdirmə və verifikasiya tədbirləri nəzərdə tutula billər.
Bundan başqa verifikasiya tədbirlərinin tərkib hissəsinə müvafiq izahat və əlavə sənədlər də daxil edilə bilər. Bu da əmlakın leqal (əmlakla bağlı tarixi hadisələr) mənbəyi barədə yazılı sorğu üzrə alınmış cavabları ( baza məlumatlarını) əhatə etməlidir. Gələcəkdə şəffaf mənbə olmadan nizamnamə kapitalında dəyişiklik , və yaxud qeyri -rəsmi azalma üzrə dəyişikliyin terrorçuluğun maliyyələşdirilməsi planı ilə bağlı olması, uçotdan yayındırılması faktları nəzərə alınmalıdır. Ona görə də illik maliyyə hesabatlarında nizamnamə kapitalına dair bütün məlumatlar auditor üçün açıq olmalı, reyestr məlumatlarına giriş imkanı təmin edilməlidir.
Leqallaşdırılmış, uçota alınmış əmlak barədə vergitutma məqsədləri üçün təqdim olunan vergi bəyənnamələrində əks olunan məlumat heç də reallıqda əmlakdan istifadənin faktiki təyinatını təsdiq etmir . Xüsusilə mühasibat balansının kapitalda dəyişiklik hesabatında əks olunmuş məlumatlarda auditor tərəfindən dəqiqləşdirilməsi vacib olan məsələ əmlakın uçot məlumatları ilə uyğunluğunun (mövcudluğu, ilkin uçot dəyəri) müəyyənləşdirilməsi kimi vacib məsələdir. İlk mərhələdə leqallaşdırılmış əmlak heç də onun gələcəkdə başqa məqsədlər üçün istifadə imkanlarını məhdudlaşdırmır. Belə halları yalnız peşəkar auditorlar müəyyən edə bilərlər. Bu sahədə ixtisaslaşmış mütəxəssislər peşəkar auditorlardır. Nəzərə çarpacaq qədər boşluq paralel əməliyyatların aparılması üçün şərait yarada bilir. Hesab edirəm ki, kapitalın auditor yoxlaması tarixinə olan vəziyyəti barədə məlumatlar bir qayda olaraq auditor tərəfindən təsdiq olunmalıdır.
Aktivlərin qiymətləndirilməsi, uçot məlumatlarının dəqiqləşdirilməsi
PL/TMM çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirmələr şübhəsiz ki, biristiqamətli olmur. Elə etmək lazımdır ki, qiymətləndirmə nəticələri reytinq üzrə qüsurlu siyahıya aid edilməsin. Məsələn, kommersiya sirrinin qorunması tələblərinə zidd olmasın. Əks halda, hesabatda biznes mühitinin (investisiya) olmadığı ölkələr siyahısına da aid edilmək mümkündür.
Doğrudur , əlverişli investisiya mühitini bəzi hallarda hesabatlılıqla səhv salırlar. Guya ki, şəffaflıq və hesabatlılıq investisiya mühitini məhdudlaşdırır. Əslində həqiqi investorlar üçün şəffaflıq mühiti təhlükəsizlik üçün ən yaxşı təminatdır. Təəssüflər olsun ki, ziddiyyətli fikirlər korrupsiya cinayətlərinin iştirakçıları tərəfindən ortaya atılır.
Bir misalla izah edək:
Tutaq ki, Nizami rayon icra hakimiyyətinin başçısı korrupsiya və qulluq mənafeyi əleyhinə törətdiyi əməllər nəticəsində külli miqdarda çirkli pullara sahib olmuşdur. İcra başçısı dövlət qulluqçusudur. Ona görə də yaradıcılıq və pedoqoji fəaliyyətdən başqa digər ödənişli fəaliyyətlə məşğul olmasına qanunla yol verilmir. Aldığı əməkhaqqı məbləği isə əldə etdiyi sərvətdən min dəfələrlə azdır. Lakin gələcəkdə cinayət məsuliyyətindən sığortalanmadığı üçün cinayət yolu ilə əldə etdiyi pul vəsaitini və digər əmlakı leqallaşdırmaq məqsədilə , müxtəlif əməllərə əl ata bilər.
Cinayətkar böyük sərvətlə siyasi hakimiyyətə iddialı olur, ən yaxşı halda isə məsuliyyətdən yayınmaq üçün hakimiyyətin dəyişməsində maraqlı olur. Ona görə terrorçuluğun maliyyələşdirilməsinə də gedə bilər. Çünki korrupsiya klanının məqsədləri də, oyun qaydaları da daim dəyişir. Korrupsioner və rüşvətxor məkrli niyyətlərini həyata keçirmək üçün ilk növbədə qarşılıqlı asılı olduğu şəxslərin iştirakı ilə özünün biznes imperiyasını təsis etməli olur. Məsələn, adətən bina tikintisi biznesinə baş vurur. Yaxın adamlarını iş adamlarının biznes ortağına çevirir. Ya müəyyən imtiyazlar şəklində, ya da hər hansı pul vəsaiti şəklində biznesə ortaq olur. Çox vaxt ailə təsərrüfatının üzvlərindən kimsə nizamnamə kapitalının payçılarından biri olur.
Nizamnamə kapitalı pul və ya qeyri-pul sərvətləri şəklində ola bilər. Torpaq sahələri, binalar , tikililər, qurğular, maşınlar, avadanlıqlar, icazələr və s.
Problem ondadır ki, nimzanamə kapitalının da sorunu yoxdur. Ən yaxşı halda dırnaqarası payçı simvolik nizamnamə kapitalı ilə təsis edilmiş MMC tərəfindən bina tikintisi kimi böyük layihənin həyata keçirilməsi üçün təsisçinin müvafiq hesabından MMC-nin hesabına kapital qoyuluşu kimi sənədləşdirilir. Bəli təsisçi müəssisəyə borc verdi. Amma verilmiş borc məbləğinin mənbəyi barədə də heç bir hesabatlılıq yoxdur.
Müəssisə əvvəllər mövcud olmamış və ya müəssisənin əvvəlki illərdə fəaliyyətinin nəticələrində çox cüzi mənfəət olmuş, heç əvvəlki dövrdə mənfəət bölüşdürülməmişdir . Guya ki, müəssisədə saxlanmışdır. Payçı yenidən külli miqdarda kapital qoyuluşu edir.
Belə bir sual yaranır: payçının maraqları nədən ibarətdir ki, mənfəət yaratmayan müəssisəyə kapital yatırımı edir? Və həmin kapitalın mənbəyi də məlum deyil (xüsusilə hesablama metodundan istifadə edərək). Kapital vergi orqanı tərəfindən qeydiyyata alındıqdan sonra onun istifadə məqsədləri də qaranlıq taleyinin ümidinə buraxılır.
Sonra da deyirik ki, kölgə iqtisadiyyatı olmamalıdır. Kölgə iqtisadiyyatını fərdi məşğuliyyətlərdə və ya sosial biznesdə axtarmaq lazım deyil. Kölgə iqtisadiyyatının mənbəyi uçotdan gizlədilmiş sərvətlərdir. Hansı ki, cinayət yolu ilə əldə olunur , heç bir hesabatlılığı da yoxdur. İqtisadi əsası olmayan, yaxud saxta sənədlərlə pul vəsaitlərinin ölkəyə gətirilməsi və ya çıxarılması, ölkə daxilində pul kapitalınnın uçotsuz hərəkəti bu qanunun məqsədləri üçün cinayət əməlinə səbəb ola bilər.
Bəs sonradan uçota alınmış əmlak terorçuluğun maliyyələşdirilməsinə necə yönəldilə bilər?
İndi isə obyektivliyi bir qədər də artıraq. Tutaq ki, Nizami rayon İcra başçısı dolayı yolla biznes ortağı olduğu müəssisənin N dəyərdə nizamnamə kapitalına sahibdir. Həmin kapital qeyri-pul formasındadır. Müəssisə hər ilin yekunu üzrə əmlak vergisinin bəyənnaməsini vergi orqanına təqdim etsə də, əmlakın mülkiyyət hüququ barədə əhəmiyyətli məlumat ortalıqda olmur. Vergi orqanı həmin əmlakı yalnız vergitutma məqsədləri üçün obyekt kimi qiymətləndirə bilər. Çünki vergi orqanının məqsədi büdcə daxilolmalarını qanun çərçivəsində təmin etməkdir.
Lakin əmlakın sonradan satışından (təqdim edilməsi) əldə edilmiş pul vəsaitinin aqibəti məlum olmur. Hətta müəssisə həqiqətən istifadəsində və ya sahibliyində olmayan əmlak barəsində hesabat verib vergi ödədiyi təqdirdə vergi orqanı üçün əmlakın həqiqi mövcudluğu məna kəsb etmir. Çünki vergi orqanı əsasən vergi yığımının həcmində maraqlıdır.
Nəticədə isə pul vəsaitlərinin dövriyyəsi kölgəli iqtisadi nəticələr yaradaraq dövlətin, cəmiyyətin mənfeyinə zidd istifadə edilə bilər. Ona görə də kölgəli iqtisadiyyatın məhdudlaşdırılması ölkədə mükəmməl auditor institutunun inkişafından çox aslıdır. Bütün müəssisələr və təşkilatlar, həmçinin dövlət təşkilatları maliyyə hesabatları tərtib etməli və auditor rəyi almalıdırlar.
Auditorlar hər ilin yekunları üzrə mühasibat balansının kapitalda dəyişiklik hesabatına xüsusi diqqət ayırmalıdırlar. Kapital auditor tərəfindən əyani araşdırılmalıdır, əsas vəsaitlərə şəxsən baxış keçirməlidir. Mövcudluğu yoxlanılmalı, ədalətli uçot dəyəri müəyyən edilməli, ehtiyac yarandığı təqdirdə təkrar qiymətləndirmə həyata keçirilməlidir. Müstəqil auditor öz yoxlamasınının nəticələrində yalnız sahibkar tərəfindən təqdim edilmiş sənədlər əsasında deyil, kənar mənbələrdən təsdiqləmələr, tutarlı audit sübutları, analitik prosedurlar və beynəlxalq standartlar əsasında dələduzluq və səhvlər riskinin (qiymətləndirilməsi) minimallaşdırılması, gələcək fəaliyyətinin davamlılığının əhəmiyyətli meyarlarının müəyyən edilməsi, çərçivəsində rəyin formalaşdırmasına nail olmalıdırlar.
Peşəkar auditorlar bu sahədə ixtisaslaşdırlmış bilik və bacarığa malikdirlər. Əgər büdcə xərclərinin şəffaflaşdırılmasına nail olmaq istəyiriksə, bütün dövlət orqanlarında, xüsusilə də yerli icra hakimiyyətlərinin maliyyə təsərrüfat fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmalıdır. Maliyyə şəffaflığı və daxili nəzarətin səviyyəsi də yalnız auditor tərəfindən müəyyən edilə bilər. Bütün nəticələr isə müvafiq icra hakimiyyəti orqanına ötürülməli və müstəsna hallarda dərc olunmalıdır. Bu həm də ictimai nəzarətin yaradılması deməkdir.
Dövlət orqanları ictimaiyyət qarşısında hesabatlı olmasalar, heç vaxt korrupsiya cinayətləri səngiyə bilməz. Daha yaxşı olar ki, icra başçıları şəxsən maliyyə hesabatı təqdim etsinlər. İcra başçısının əmlaklarının, gəlir və xərclərinin (il ərzində əldə etdiyi əmlakları, gəlirləri, istirahət və əyləncə xərcləri, ailə təsərrüfatına aid xərcləri və .s) auditi aparılsın və müstəqil auditor tərəfindən təsdiq olunsun . Məlumatları həm ölkə başçısı, həm də ictimaiyyət görsün. İlkin mərhələdə hesabatlılıq qaydasında dövlət maliyyəsini bürokratik halqada israf etməkdən, mənimsəməkdən və s. kimi cinayət nəticələri doğuran hadisələrdən qorumağa, açıq hökumətin təşviqinə, beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirmələrdə yüksək etimad qazanmağa nail olmaq mümkündür.
Növbəti mərhələdə isə əsaslı mübarizə metodu kimi nağd hesablaşmaların tamamilə ləğv edilməsi prosesinə başlamaq lazımdır. Sosial rifahın mənbəyi sosial ədalətin şəffaflıq fonunda təmin edilməsidir. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə auditor xidmətindən kütləvi şəkildə fiziki və hüquqi şəxslər yararlanır.
Dövlət xalqındır, xalq öz təsərrüfatını idarə etməyi dövlətə həvalə edibsə, dövlət də xalq qarşısında hesabatlı olmalıdır. Ya dövlət uçuruma gedir , ya da şəffaflıq və hesabatlılıq bərpa edilir. Bunu istəməyən məmur vəzifəsindən dərhal getməli və əmlakları barədə hesabat təqdim etməlidir. Başqa yol yoxdur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar