Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Mayın 19-da Rusiyanın döyüş təyyarələri Qara dəniz səmasından qovulub.
Ovqat.com xəbər verir ki, NATO-nun Müttəfiq Hava Komandanlığı facebook səhifəsindən bu məlumatı paylaşıb.
Məlumata görə, SU-27 qırıcılarının müşayiəti ilə 2 rus TU-22 bombardıman təyyarəsi Qara dənizin Rumıniya sahilləri yaxınlığında NATO-nun hava sərhədlərinə daxil olmağa səy göstərir. Dərhal havalanan 2 rumın MİG-21-i onların qarşısını kəsir. Rus təyyarələrini səmada sıxışdıran rumın qırıcıları onları öz sərhədlərindən uzaqlaşdırırlar.
Bu səfər isə Rusiyanın qarşısına bolqar qırıcıları çıxır. Onların da eyni qaydada sıxışdırması nəticəsində Bolqarıstan sahillərindən uzaqlaşan rus təyyarələri “yağışdan qaçıb yağmura yaxalanırlar”. Belə ki, ruslara 3-cü sürpriz də Türk 16-larından gəlir. 3 NATO dövlətinin birgə qovalaması nəticəsində rus təyyarələri Qara dəniz hava sahəsini tərk etmək məcburiyyətində qalır.
Halbuki 1-2 il əvvəl Rusiya təyyarələri Baltik və Qara dəniz sahillərində lövbər salan NATO ölkələrinə məxsus hərbi gəmilər üzərində “partul uçuşları keçirir, Alyansa hər hansı bir insident çıxarsa bu gəmilərin “asan loxma” olacağı mesajını verirdilər. İndisə həmin təyyarələr eyni məkanda o qapıdan bu qapıya qovalanır.
Ümumiyyətlə, son zamanlar NATO-nun Rusiyanı mərkəzə doğru sıxışdırılması strategiyasının düyməsinə basıldığı açıq şəkildə müşahidə olunur. Hətta bəzi ekspertlərin fikrincə, Rusiya və NATO qüvvələri arasında 3 dəniz uğrunda soyuq savaş başlayıb. Barents və Baltik dənizinin də yer aldığı bu layihədə əsas yeri Qara dəniz tutur. Ayın 19-da baş verən təyyarə qovalaması göstərir ki, NATO artıq Qara dənizdə rus şıltaqlığına dözmək fikrində deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar