Xəbər lenti

İsrailin döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi bazaya və ölkənin Cəmraya bölgəsinə havadan zərbələr endirib. 

“Report” “Ulusal”a istinadən xəbər verir ki, BMT-nin Suriyada tanıdığı hökumətə məxsus hava hücumundan müdafiə sistemi İsrailin 3 raketini zərərsizləşdirib.

İsrail qırıcılarının atdığı 3 raket isə hədəfə dəyib. Bombardumandan sonra Dəməşq ətrafındakı Cemraya bölgəsində 3 güclü partlayış səsi eşidilib. Hücum nəticəsində tələfatın olub-olmaması haqqında məlumat yayılmayıb.

Livan ordusunun yaydığı digər bir məlumata görə, İsrail təyyarələri bu ölkənin cənub hissəsindən Suriyaya doğru uçub: “İsrailin hərbi təyyarələri Livanın hava məkanını 17 dəqiqə ərzində işğal edib”. 

Qeyd edək ki, son bir il ərzində İsrail qırıcıları bu bölgəyə 7 dəfə raket atıb, onlardan 4 hədəfə dəyib. 




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 5-12-2017, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma